"Son illərdə apardığımız monitorinqlər göstərir ki, buraxılış siniflərində davamiyyət müəyyən mənada aşağı olur".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, burada məktəblərin üzərinə müəyyən məsuliyyət düşür.
“Məktəblər 11-ci siniflərdə tədris müddətinin son aylarında şagirdlərdə maraq yaratmalıdır ki, onlar dərsə gəlsinlər. Düşünürəm ki, məktəblər şagirdlərlə daha sıx işləməlidir. Buraxılış imtahanlarının tez keçirilməsinə gəldikdə isə, Dövlət İmtahan Mərkəzinə açıq sualları yoxlayıb çatdırmaq üçün vaxt lazımdır. Dünya təcrübəsində də bu var”, - deyə nazir əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:21 / 27.04.2023
Buraxılış imtahanları niyə tez keçirilir? - Nazir AÇIQLADI
Hazırda oxunan: Buraxılış imtahanları niyə tez keçirilir? - Nazir AÇIQLADI
Hazırda oxunan: Buraxılış imtahanları niyə tez keçirilir? - Nazir AÇIQLADI
133145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.