İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub?

İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub?

Hazırda oxunan: İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub?

133119

Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla tələbə adını qazanması barədə məlumatlar yayılıb. 

Onun orta məktəbi qızıl medalla bitirdiyi, universitet və ixtisas seçimini imtahansız edərək ali məktəbə qəbul olunduğu bildirilir. 

Bizim.Media xəbər verir ki, AMEA-nın Mətbuat xidməti yayılan məlumatın əsassız olduğunu açıqlayıb: 

“Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır. 
Həbibbəyli İsa Səhət oğlu hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO