“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə kimlər təltif ediləcək?

“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə kimlər təltif ediləcək?

Hazırda oxunan: “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə kimlər təltif ediləcək?

133088

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə kimlərin təltif ediləcəyi məlum olub. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilən “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının Əsasnaməsində əksini tapıb. 

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif ediləcəklər: 

- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə; 

- minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə; 

- minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə. 

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılacaq. 

“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO