"Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləyib" - Əhməd İsmayılov

Hazırda oxunan: "Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləyib" - Əhməd İsmayılov

133060

"Bu gün biz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçiririk. Gördüyünüz kimi, Azərbaycanın aparıcı media subyektlərinin təmsilçiləri böyük həvəslə aksiyada iştirak edirlər". 

Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. 

O bildirib ki, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.  

"Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapıb.

Məhz Ulu Öndərin təşəbbüsü, siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda 1998-ci ildə mətbuat üzərindən senzura ləğv edilib. 

2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub. 

Ulu Öndərin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. 
Ümummilli Liderimiz Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri Ulu Öndərimizi həmişə qədirbilənliklə anacaqlar",  deyə Əhməd İsmayılov vurğulayıb. 

Qeyd edək ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO