Laçında sərhəd buraxılış məntəqəsi içməli su ilə TƏMİN EDİLDİ - FOTO

Laçında sərhəd buraxılış məntəqəsi içməli su ilə TƏMİN EDİLDİ - FOTO

Hazırda oxunan: Laçında sərhəd buraxılış məntəqəsi içməli su ilə TƏMİN EDİLDİ - FOTO

132951

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. 

Məlumata görə, Agentliyin əməkdaşları Həkəri çayının yatağında kaptaj qurğusu yaradıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkib və hidrofor nasosu quraşdırıb.
Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir. 

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Agentlik işğaldan azad olunmuş ərazilərdə strateji obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə Şuşa, Laçın, Kəlbəcər şəhərlərində, Zəngilan rayonu və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO