Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır

Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır

Hazırda oxunan: Bədəninin 70 faizi yanan aktyorun vəziyyəti ağırdır

132928
Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Sfera.az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova deyib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:

"Hələ də reanimasiya şöbəsindədir. Onun bədəninin 70 faizi yanıb. Əsasən qarın və kürək hissələri yandığı üçün daxili orqanlarda müəyyən problemlər yaradıb. Həkim müayinə müalicəni davam etdirir.

Qeyd edək ki, 36 yaşlı C.Telman dünən evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib. (Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO