Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Bu barədə Bizim.Media-ya Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 26.04.2023
Zaqatala məktəbinin vəzifəli şəxslərinə qarşı cinayət işi AÇILDI
Hazırda oxunan: Zaqatala məktəbinin vəzifəli şəxslərinə qarşı cinayət işi AÇILDI
Hazırda oxunan: Zaqatala məktəbinin vəzifəli şəxslərinə qarşı cinayət işi AÇILDI
132906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.