Qida blokunda nöqsanlara görə 6 məktəbin rəhbərinə töhmət verilib, 168-nə isə xəbərdarlıq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirilib.
Nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görülüb.
Eyni zamanda bildirilir ki, qeyd olunan məsələlərlə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən araşdırma aparılıb.
Bizim.Media