Füzuli rayonu ərazisində 1 ədəd meteoroloji stansiyanın quraşdırılması məqsədilə cihaz və avadanlıqların alınması üçün podratçı şirkətə sifariş verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Füzulidə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli şəhərinin yaxınlığında yaşıllıq sahəsinin salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış 251,1 ha torpaq sahəsinin 60 hektarında torpaq hazırlığı işləri yekunlaşmış və növbəti əkin mövsümündə əkin işlərinin aparılması nəzərdə tutulur.
İşğal dövründə ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə beynəlxalq ekspert qrupunun Azərbaycana səfəri çərçivəsində ekspertlər Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Füzulidə məhv edilmiş təbiət obyektləri və dağıdılmış infrastruktura yerində baxış keçirilib", - deyə nazir müavini əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:05 / 26.04.2023
Füzulidə meteoroloji stansiya QURULUR
Hazırda oxunan: Füzulidə meteoroloji stansiya QURULUR
Hazırda oxunan: Füzulidə meteoroloji stansiya QURULUR
132858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.