Nazir məktəblərdəki zəhərlənmələrdən DANIŞDI 

Nazir məktəblərdəki zəhərlənmələrdən DANIŞDI 

Hazırda oxunan: Nazir məktəblərdəki zəhərlənmələrdən DANIŞDI 

132853

"Son zamanlarda təhsil müəssisələrində qidalanma ilə bağlı baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aiddiyyatı var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, qida məsələsi məktəblərdə iki yolla tənzimlənir: 

"Bunlardan biri bufetlərdir. Bu, özəl sektorların birgə fəaliyyəti əsasında qurulur. Onlar da aidiyyatı dövlət qurumlarının nəzarəti altında olur. Məsuliyyət nəzarət altına alınmaqla müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışını təmin edirlər. İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir. Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO