Laçın yolundakı məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi - ANBAAN VİDEO

Laçın yolundakı məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi - ANBAAN VİDEO

Hazırda oxunan: Laçın yolundakı məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi - ANBAAN VİDEO

132801

Laçın yolunun girişində yeni buraxılış məntəqəsində Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri Azərbayacan Dövlət Sərhəd Xidməti yayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovniki, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov sərhəd-buraxılış məntəqəsində bayrağın qaldırılması barədə Prezident İlham Əliyevə məruzə edib.

“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan 3 rəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” – məruzədə deyilib.

Xatırladaq ki, ötən bazar günü Azərbayacan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə, Həkəri çayının üstündəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi qurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO