Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığı YOXLANILDI - VİDEO

Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığı YOXLANILDI - VİDEO

Hazırda oxunan: Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığı YOXLANILDI - VİDEO

132794

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

DİN-dən Bizim.Media-ya verilnə xəbərə görə, atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Atış çalışmalarında “OSA” və S-125 ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO