Övladı birinci sinfə gedəcək valideynlərin nəzərinə: Qəbul qaydaları AÇIQLANDI 

Övladı birinci sinfə gedəcək valideynlərin nəzərinə: Qəbul qaydaları AÇIQLANDI 

Hazırda oxunan: Övladı birinci sinfə gedəcək valideynlərin nəzərinə: Qəbul qaydaları AÇIQLANDI 

132722

Məlum olduğu kimi, mayın 11-i saat 11:00-dan etibarən elektron portalda birinci sinfə şagird qəbulu üçün qeydiyyat başlayır. 

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi övladı birinci sinfə gedəcək valideynin hansı halda elektron sorğunu ləğv edə bilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib. 

Məlumata görə, valideyn şəxsi kabinetində müvafiq ümumi təhsil müəssisəsinə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri təqdim edib, ümumi təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz:

“Yalnız ümumi təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa ümumi təhsil müəssisəsi seçimi etmək olar”. 
Birinci sinfə qəbul qaydaları və digər məsələlərlə bağlı daha ətraflı məlumatla bu linkdən tanış olmaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO