Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-mart aylarında əlilliyi olan 14 722 şəxsə xidmətlər göstərilib.
Bu barədə Bizim.Media-ya qurumdan bildirilib.
Qeyd olunub ki, həmin şəxslərin mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub. Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər səmərəli fizioterapevtik prosedurlara, həmçinin müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərə cəlb ediliblər.
2023-ci ilin 1-ci rübündə Agentlik tərəfindən əlilliyi olan 3 547 şəxsə isə 19 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar, korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s.) verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:42 / 25.04.2023
Əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib
Hazırda oxunan: Əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib
Hazırda oxunan: Əlilliyi olan 15 minə yaxın şəxsə reabilitasiya xidmətləri göstərilib
132571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.