Bakı-Qazax yolunda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

Bakı-Qazax yolunda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

Hazırda oxunan: Bakı-Qazax yolunda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

132528

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 1948-ci il təvəllüdlü Vaqif Qəhrəmanov, 1994-cü il təvəllüdlü Validə Məmmədova və daha bir nəfər xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Zərərçəkənlərdən V.Qəhramanovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO