Biləsuvarda baş verən partlayış hadisənin bəzi təfərrüatları məlum olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli binada Nazilə Məmmədovaya məxsus mənzildə qeydə alınıb.
Belə ki, partlayış orda kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-ci il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.
Hadisədən sonra mənzil tamamilə dağılıb.
Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.
Hazırda ananın axtarışları davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:11 / 24.04.2023
Biləsuvarda baş verən partlayışda bacı-qardaş xəsarət alıb - ANA AXTARILIR
Hazırda oxunan: Biləsuvarda baş verən partlayışda bacı-qardaş xəsarət alıb - ANA AXTARILIR
Hazırda oxunan: Biləsuvarda baş verən partlayışda bacı-qardaş xəsarət alıb - ANA AXTARILIR
132524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.