Biləsuvar şəhəri Heydər Əliyev prospektində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verib.
Bizim.Media xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti bunun səbəbini açıqlayıb.
Qeyd edilib ki, mənzildə partlayışa səbəb qaz sızması olub.
Dərhal FHN-in aidiyyəti qurumları hadisə yerinə cəlb edilib.
İlkin baxış zamanı partlayış baş verən mənzilin dam örtüyünün çökməsi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media