Biləsuvarda binada güclü partlayış olub.
Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Şahidlərin sözlərinə görə, partlayış o qədər güclü olub ki, səsi şəhərətrafı kəndlərdə də eşidilib.
Hadisə nəticəsində yaralananların olduğu deyilir.
Bizim.Media

