İş yerini dəyişən müəllimlərin seçimi YEKUNLAŞIR

İş yerini dəyişən müəllimlərin seçimi YEKUNLAŞIR

Hazırda oxunan: İş yerini dəyişən müəllimlərin seçimi YEKUNLAŞIR

132478

Sabah müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirib ki, ilkin vakansiya seçimi mərhələsində Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri iştirak edəcəklər.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçimi edə bilərlər. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi birinci mərhələdə aprelin 25-i saat 11:00-dək davam edəcək.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO