“Əfv olacaq, amma tarixini deyə bilmərəm” - Komissiya üzvü

“Əfv olacaq, amma tarixini deyə bilmərəm” - Komissiya üzvü

Hazırda oxunan: “Əfv olacaq, amma tarixini deyə bilmərəm” - Komissiya üzvü

13245

Bu il Novruz Bayramı ərəfəsində əfv olacaq, amma dəqiq tarix bəlli deyil.

“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları intensiv olaraq davam edir. Hər halda biz öz işimizi həyata keçiririk, iclaslar təşkil olunur demək ki, əfv də olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamsında komissiyanın üzvü Azay Quliyev söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək


O əlavə edib ki, müraciətlər daxil olmaqda davam edir. Müraciətlərin sayını da dəqiq demək indi mümkün deyil: 

“Hansı tarixdə olacağını demək, bu barədə qərar vermək Əfv Komissiyasının səlahiyyətində olan bir məsələ deyil. Bu qərar Cənab Prezident İlham Əliyevin fərmanından aslı bir məsələdir.

Bizim yalnız müraciətlərə baxıb, iclaslar keçirmək səlahiyyyətimiz var. İndi bu dəqiqələrdə də iclas gedir”.

Xatırladaq ki, 19 fevral keçirlən növbəti iclasda 100- yaxın müraciətlər müzakirə olunub. Bu müraciətlər əsasən əcnəbilər və hərbi qulluqçularla bağlı idi. 

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO