“Shacman\

“Shacman\" minik avtomobili ilə TOQQUŞDU - Ölənlər var

Hazırda oxunan: “Shacman\" minik avtomobili ilə TOQQUŞDU - Ölənlər var

132399

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş verib.

Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobili, Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçməklə Kənar dairəvi yola çıxarkən, Bakı Beynəlxalq avtovağzal kompleksindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili ilə toqquşub.

Nəticədə sonuncu avtomobildə olan sərnişinlər - 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, digər sərnişin 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb.
Faktla bağlı Bakı şəhəri Binəqədi RPl-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO