Şəkinin ən yüksək bal toplayan YETİRMƏSİ – FOTO 

Şəkinin ən yüksək bal toplayan YETİRMƏSİ – FOTO 

Hazırda oxunan: Şəkinin ən yüksək bal toplayan YETİRMƏSİ – FOTO 

132391

Şəki üzrə yüksək bal toplayan şagird bəlli olub. Bu, Şəki şəhər kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Ləman Yaşarlıdır. 

Bu barədə Bizim.Media-ya Ləmanın təhsil aldığı liseydən məlumat verilib.

Qeyd olunub ki, dərs əlaçısı olan və əvvəlki tədris illərində Şimal-Qərb bölgəsində, eləcə də respublika fənn olimpiada və müsabiqələrində yüksək nəticələr əldə edən Ləman Yaşarlı buraxılış imtahanlarında da rayon üzrə birinci olmağı bacarıb. 
Belə ki, məktəbli son buraxılış imtahanlarından 281 bal toplayaraq rayon birincisi olub. İndi Ləman dərslərinə davam etməklə yanaşı, qarşıdakı növbəti imtahanlara da səylə hazırlaşır. Məktəbli tələbə adını qazanmaq üçün maksimum bal toplamaq əzmindədir. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO