Balakəndə motosklet kanala düşdü - 2 nəfər xəsarət aldı

Balakəndə motosklet kanala düşdü - 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Balakəndə motosklet kanala düşdü - 2 nəfər xəsarət aldı

132369

Balakəndə motosklet kanala düşüb, biri ağır olmaqla iki nəfər xəsarət alıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon Danaçı kənd sakininin idarə etdiyi motosklet sərt döngədə idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb.

Qəza nəticəsində motoskletin sürücüsü və sərnişin, Zaqatala rayonu Danaçı kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO