Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin səbəbi məlum olub.
Bizim.Media xəbər verir ki, Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.
MÖVZU İLƏ BAĞLI:
Lerikdə bir ailənin 4 üzvünü “tok” öldürdü - ADLAR
Elektrik xəttini qoşan qadını cərəyan vurub və o, hovuza yıxılıb. Nasosun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər.
Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatını itirib.
Qeyd edək ki, onlar bir ailənin üzvləridir.
Bizim.Media