Biləsuvarda ötən gecə baş verən qətl hadisəsinin bəzi təfərrüatları aydınlaşıb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu, Aşağı Cürəli kəndindən keçən hissəsində, yol kənarında qeydə alınıb.
Belə ki, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini, 1993-cü il təvəllüdlü Əlizadə Rüfat Kərim oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1986-ci il təvəllüdlü Cəlilabad rayon sakini, İlhamlı Vüsal İlham oğlunun döş qəfəsinin sol yarısına əlindəki bıçaqla bir dəfə zərbə endirib. Nəticədə V. İlhamlı döş qəfəsinin sol yarısının daxilə keçən və ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətini alıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə cinayat işi başlanaraq ibtidai istintaqı aparılır. Əlizadə Rüfat Kərim oğlu şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, mərhum "Finca Azərbaycan" Qeyri-bank Təşkilatı MMC-də müştərilərlə əlaqələr üzrə işçi işləyirdi.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:50 / 23.04.2023
Biləsuvarda öldürülən şəxs bank işçisi olub - TƏFƏRRÜAT
Hazırda oxunan: Biləsuvarda öldürülən şəxs bank işçisi olub - TƏFƏRRÜAT
Hazırda oxunan: Biləsuvarda öldürülən şəxs bank işçisi olub - TƏFƏRRÜAT
132275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.