Xəzər sahilində 10 tona yaxın tullantı təmizlənərək utilizasiya olunacaq - FOTO 

Xəzər sahilində 10 tona yaxın tullantı təmizlənərək utilizasiya olunacaq - FOTO 

Hazırda oxunan: Xəzər sahilində 10 tona yaxın tullantı təmizlənərək utilizasiya olunacaq - FOTO 

132259

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Dəniz və Liman Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Xəzəri qoruyaq” adlı ekoloji aksiyaya start verilib. 

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. 

Üç gün davam edəcək aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil olunub. 

Layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, cəmiyyətdə ekologiyaya diqqət mədəniyyətinin təbliğinə töhfə vermək, eləcə də son illər Xəzər dənizində suyun azalması probleminə diqqəti çəkməkdir. 
Ümummili Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ekoloji problemlərin həllini daim diqqətdə saxlayıb, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşıb. 

Ekoloji aksiya zamanı Xəzər dənizində suyun səviyyəsinin azalması səbəbindən sahilboyu hissədə üzə çıxan 10 tona yaxın tullantının təmizlənərək utilizasiya olunması nəzərdə tutulub. 

“Xəzəri qoruyaq” ekoloji aksiyasına “İnnovasiya Könüllüləri Təşkilatı”nın könüllülər qrupu da qoşulub. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO