On bir ayın sultaın olan Ramazanı yola saldıq. Artıq orucluqdan sonrakı günlərin önəmi düzgün və sağlam qidalanma qaydalarına riayət etməkdir.
Bir ay oruc vəziyyətinə, aclığa və susuzluğa öyrəşmiş mədə əvvəlki rejimə qayıtsa hansı fəsadlar yarana bilər?
Qida texnaloqu Ağa Salamov Bizim.Media-ya açıqlamasında Ramazandan sonra qidalanma qaydalarından danışıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Ramazan bayramıdır
Onun sözlərinə görə mədənin birdən-birə yüklənməsi, onun terrora məruz qalması deməkdir:
“Bayram süfrəsində müxtəlif çeşiddə yemək və şirniyyatların hər birinin dadına baxmaq istəyiriksə, burada sağlamlıqdan danışmaq yersizdir. Qidalanma zamanı təamları qarışdırmamaq və ardıcıllığına diqqət olunmalıdır. Bir ay ərzində oruc tutan şəxslər az-az qidalanmalı, süfrədən doymamış qalxmalıdırlar. Onlar bu qaydaya bir müddət riayət etməlidir.
Süfrədən doyub qalxanda artıq həzm sistemi pozulur. Əks halda köp, mədəaltı vəzinin yüklənməsi, qaraciyərin piylənməsi, ürək qan-damar sistemi problemlərinin ortaya çıxması və s... kimi neqativ halları ortaya qoyur. Səhər yeməyində az miqdarda ağartı məhsullarından istifadə oluna bilər. Çörək yeməsələr daha yaxşı olar. Əgər çörək olarsa, kəpəkli, tam buğda və ya tam çovdar çörəyi olmalıdır. Bu çörək liflərlə zəngin olduğu üçün bağırsaq florasına öz faydalarını göstərir. Belə çörəklər rahat həzm oluna bilir.
Yumurta və zeytun da səhər süfrəsində mütləq olmalıdır. Çay içəcəyiksə, bunu normal şəkər və konfetlərlə deyil, əncir qurusu ilə içmək daha məsləhətlidir. Süfrədə zeytun varsa, orada əncir qurusunun olması inanılmaz dərəcədə faydalıdır. Çünki zeytunla əncirin sintezi ölmüş hüceyrələri orqanizmdən atır və yenilənmiş hüceyrələrə dəstəkçi olur”.
Ekspert nahar və şam yeməklərində mütləq şəkildə şorbanı vacib sayır:
“Yenə də burada şorba doyumluq deyil, dadımlıq miqdarda olmalıdır. Meyvə olacaqsa, iki saat əvvəl, yaxud iki saat sonra yeyilməlidir. Meyvəni yemək vaxtı qəbul etmək olmaz. Süfrədə ət və balıq varsa, onları qarışdırmamağımız tövsiyə olunur. Çörəkdən isə yalnız bir dilimlə kifayətlənmək lazımdır. Bundan əlavə rəngli-qazlı içkiləri bayram süfrələrində istifadə etmək doğru deyil. Bu içkilər insana qanında olan suyun TH-nı vermir.
Qanımızda olan suyun TH-ı 7.4-dür. Amma qazlı sulan bizə 2.5 verir. Bu o deməkdir ki, bir qədər sonra yenə susayırıq və təkrar rəngli-qazlı su içirik. Bu ürək qan-damar sietminin sıradan çıxması, mədə-bağırsaq problemlərini ortaya çıxarır. Ona görə də bu içkilərdən uzaq durmalıyıq. Orada həm də fosfor turşusu var. Uşaqlara ümumiyyətlə verilməməlidir. Çünki inkişafda olan sümüklərin qarşısını alır. Yaşlılarda isə sümük əriməsinə gətirib çıxarır.
Süfrəmizdə saf su və ya evdə mövsümü meyvələrdən hazırlanmış kompot olmalıdır.
Çaylara gəlincə, çox vaxt dietoloqlarımız yaşıl çayı məsləhət bilirlər. Amma mən atma çayları məsləhət bilmirəm. Azərbaycanda itburnu, kəklikotu, solmazçiçəyi və s... kimi bitkilərimiz var. Biz həmin o bitkilərdən və dağ otlarından hazırlanmış çaylardan içsək daha məqsədəuyğundur. Nəzərə alsaq ki, bir ay oruc tutmuşuq, orqanizmin immun sistemi bərpa olunmalıdır. Bunun üçün isə orqanik qidalar, sular və məhsullardan istifadə olunmalıdır”.
Alçina Amilqızı, Bizim.Media