Azyaşlının söyüş videosunu yayan şəxslə bağlı QƏRAR  

Azyaşlının söyüş videosunu yayan şəxslə bağlı QƏRAR  

Hazırda oxunan: Azyaşlının söyüş videosunu yayan şəxslə bağlı QƏRAR  

131961

Azyaşlının söyüş videosunu yayan şəxs həbs olunub. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. 

Onun sözlərinə görə, Ağcabədi rayonunda azyaşlı uşağı nalayiq söyüşlər söyməyə təhrik edərək həmin görüntülərin sosial şəbəkə hesabında paylaşılması ilə bağlı daxil olan məlumatlar rayon polis şöbəsində araşdırılıb.
Araşdırmalarla görüntüləri sosial şəbəkə hesabında paylaşan rayonun Hüsülü kənd sakini Samir Ələsgərov müəyyən edilib.

O, şöbəyə dəvət olunub, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. 

S.Ələsgərov məhkəmənin qərarına əsasən, 10 gün müddətinə inzibati qaydada həbs edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO