BQXK-nin avtomobillərində erməni sakinlər Xankəndiyə APARILIB

BQXK-nin avtomobillərində erməni sakinlər Xankəndiyə APARILIB

Hazırda oxunan: BQXK-nin avtomobillərində erməni sakinlər Xankəndiyə APARILIB

131920

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb. 

Bizim.Media xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Belə ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus avtomobillərdən 8 minik və 4 yük maşını əks istiqamətə qayıdıb. 

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. 

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-yə məxsus avtomobillərin sayı 24-ə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO