Şimal rayonlarını su ilə təmin edən Xanarxı kanalı niyə QURUYUB? – FOTO/VİDEO 

Şimal rayonlarını su ilə təmin edən Xanarxı kanalı niyə QURUYUB? – FOTO/VİDEO 

Hazırda oxunan: Şimal rayonlarını su ilə təmin edən Xanarxı kanalı niyə QURUYUB? – FOTO/VİDEO 

131900

Şimal bölgəsində su problemi günü-gündən dərinləşir. Xaçmazlı fermerlər bildirirlər ki, su olmadığından yaz əkinlərini apara bilmirlər. 

Şimal rayonlarını suvarma suyu ilə təmin edən Xanarxı kanalının Azərbaycan-Rusiya sərhədində yerləşən Yeni Tahircal kəndi ərazisindəki mənbəyinə yollandıq. 

Məlumat üçün bildirək ki, bu kanal mənbəyini Samur çayından alır və Samur-Abşeron kanalının bir qoludur. Şimal bölgəsinin Qusar, Xaçmaz, Şabran rayonlarını suvarma suyu ilə təmin edən Xanarxı kanalı 2000-ci illərdə inşa edilib. Müşahidələrimiz zamanı kanalda suyun olmadığını gördük. 

Samur-Abşeron Kanalı İstismar idarəsinin sahə rəisi Aydın Koroğluyev Bizim.Media-ya bildirdi ki, kanala suvarma suyu verilməiyindən kanal quruyub. 
 

MÖVZU İLƏ BAĞLI:

Rayonlarda suvarma problemi necə həll olunur? – AÇIQLAMA


Xanarxı kanalının Qusarın Ləyərqışlaq kəndi ərazisindən keçən hissəsində də acınacaqlı vəziyyət hökm sürür. Kanala nəinki, su verilmir hətta kanal iri daşlardan da təmizlənməyib. 

Xanarxı kanalının Xaçmazın Hülövlü kəndindən keçən hissəsində də vəziyyət acınacaqlıdır. Neçə müddətdir, susuz qalan kanalı qamış bürüyüb. 

Xanarxı kanalına suvarma suyunun nə zaman veriləcəyinə gəlincə isə Qusar Suvarma Sistemləri İdarəsinin rəisi Məzahir Əzizov bildirir ki, mövcud problemlə bağlı Qubanın Vəlvələ kəndində tədbir keçirilib:

“Şimal rayonları rəhbərlərinin, yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin məsul şəxslərinin və Samur-Abşeron kanalı istismar idarəsi rəsmilərinin qatıldığı tədbirdə bölgədəki suvarma su problemi müzakirə edildi.
Bildirildi ki, Bakıya gedən Taxtakörpü-Ceyranbatan su kanalında suyun səviyyəsi aşağı düşdüyündən Samur-Abşeron kanalından Xanarxı kanalına suyun verilməsi dayandırılıb. Hazırda problemdən çıxış yolları axtarılır. Güman edirəm ki, yaxın günlərdə kanala su veriləcək”. 


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO