816 min zərərli elektron poçt ünvanı BLOKLANDI - Dövlət Xidməti

816 min zərərli elektron poçt ünvanı BLOKLANDI - Dövlət Xidməti

Hazırda oxunan: 816 min zərərli elektron poçt ünvanı BLOKLANDI - Dövlət Xidməti

131887

816 min zərərli tərkibli elektron poçt ünvanı bloklanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər. 

Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 654 saylı Fərmanına əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 1-ci rüb ərzində ümumilikdə 7 milyon 839 min elektron poçt emal edilmiş, onlardan 6 milyon 908 mini istifadəçilərə çatdırılmış, 816 mini zərərli tərkibli olması ilə blok edilmiş, 115 mini isə şübhəli elektron poçt kimi karantinə götürülmüşdür. 

Xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO