Mən Hikmət Hacıyevə tapşıracam ki, yaxın zamanda jurnalistlərin Şuşaya səfəri təşkil olunsun.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirilən onlayn mətbuat konfransında söyləyib:
MÖVZU İLƏ BAĞLI:
“Ermənilər 54 min hektar meşə sahəsini dağıdıblar” - Prezident
“Jurnalistlərin Şuşaya getməsi ilə bağlı çoxlu müraciətlər var. Bilirsiniz ki, indi həmin ərazilər minadan təmizlənir.
Eyni zamanda şərait yaxşı deyil. Mən özümdə Şuşaya gedəndə bəxtim gətirdi ki, hava günəşli idi. Ora getməyə yol yoxdur. Şərait o qədər yaxşı deyil.
Mən indi Hikmət Hacıyevə tapşırıq verəcəm ki, yaxın zamanda jurnalistlərin Şuşaya səfəri təşkil olunsun”.
Gülşanə Mustafayeva, Bizim.Media