“O ki qaldı Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına, o, bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10 % partlaması üçün gərək xeyli çalışasan”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Sizin əl sıxdığınız insanlar məscidlərdə donuz saxlayanlardır” - İlham Əliyev
“Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi.
Ermənistana İsgəndər raketləri verəndə Rusiya rəhbərliyinə demişdim ki, bu düzgün addım deyil.
Müharibə vaxtında da raketlərin Ermnistandan geri alınmasını, onlara pulsuz silah verilmələrinin dayandırılmasını demişdim.
Rusiya Ermənistan ordusunu niyə müasirləşdirir? Sülh lazımdırsa, məsuliyyətsiz insanların əlinə silah vermək olmaz”deyən ölkə başçısı bütün dünyanın hazırda Ermənistana güldüyünü bildirib. Sual verib ki, belə hakimiyyətə dağıdıcı silah vermək lazımdırmı.
Sonda ölkə başçısı Rusiya ilə hərbi-texniki əməkdaşlıq barədə danışaraq İrəvandan fərqli olaraq Bakının rus silahlarından şikayətçi olmadığını ifadə edib. Çünki silahlar...
“Sadəcə düzgün əllərdə olmalıdır”, - deyə Prezident cavabını tamamlayıb.
Bizim.Media