Azərbaycan Tibb Universitetində təhsil alan pakistanlı tələbələrin sayı açıqlandı - FOTO

Azərbaycan Tibb Universitetində təhsil alan pakistanlı tələbələrin sayı açıqlandı - FOTO

Hazırda oxunan: Azərbaycan Tibb Universitetində təhsil alan pakistanlı tələbələrin sayı açıqlandı - FOTO

13159

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli və Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni ATU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi istiqamətində atıla biləcək addımları müzakirə ediblər.

ATU-nun mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, professor Gəray Gəraybəyli Vətən müharibəsi zamanı göstərilən hərtərəfli dəstək üçün səfirə minnətdarlığını bildirib.

Görüş zamanı rektor son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini bildirərək, əməkdaşlıq qurulan ali məktəblərin sayının artdığını da xatırladıb.

O, Tibb Universitetində 37 ölkədən 2526 nəfər xarici vətəndaşın təhsil aldığını və Pakistandan olan tələbələrin sayının 24 olduğunu deyib.

Rektor pakistanlı tələbə sayının artırılması, gələcəyin həkimlərinin mübadiləsinin təşkil olunması, birgə elmi araşdırmaların aparılması üçün səyləri gücləndirməyin vacib olduğunu bildirib.

Pakistanın ölkəmizdəki səfiri Bilal Haye də öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib.

Səfir Qarabağ məsələsində Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib.

Səfir, həmçinin Azərbaycan Tibb Universiteti ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi, qarşılıqlı layihələrin icrası ilə bağlı atıla biləcək addımlardan danışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO