Buraxılış imtahanlarının nəticələri elan olunacaq - DİM

Buraxılış imtahanlarının nəticələri elan olunacaq - DİM

Hazırda oxunan: Buraxılış imtahanlarının nəticələri elan olunacaq - DİM

131584

Martın 12-də keçirilən imtahanların nəticələri yaxın vaxtlarda elan olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, nəticələr emal prosesi başa çatan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO