Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri AÇIQLANDI

Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri AÇIQLANDI

Hazırda oxunan: Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri AÇIQLANDI

131456

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aprelin 21 və 22-si Ramazan bayramı günləri müəyyən edilib.

"Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir. Həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir.
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir", - məlumatda bildirilib.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO