Bizim.Media-nın ictimailəşdirdiyi problemə RƏSMİ MÜNASİBƏT – “Xudat Sağlamlıq Mərkəzi təmir olunacaq” – FOTO 

Bizim.Media-nın ictimailəşdirdiyi problemə RƏSMİ MÜNASİBƏT – “Xudat Sağlamlıq Mərkəzi təmir olunacaq” – FOTO 

Hazırda oxunan: Bizim.Media-nın ictimailəşdirdiyi problemə RƏSMİ MÜNASİBƏT – “Xudat Sağlamlıq Mərkəzi təmir olunacaq” – FOTO 

131442

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Xudat şəhər Mərkəzi Xəstəxanasının 2020-ci ildə fəaliyyəti dayandırılaraq Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətə başlayıb. Bu da Xudat şəhər sakinləri üçün bir sıra problemlər yaradır.

Sözügedən qərardan sonra Xudat, Nabran-Yalama bölgəsində yaşayan 70 minə yaxın insanın normal tibbi xidmət ala bilməsi müşkülə çevrilib. 

Yaranmış problemi Bizim.Media işıqandırdıqdan sonra Səhiyyə Nazirliyinin Media və Kommunikasiya Şöbəsindən Xudat şəhər xəstəxanasının nə vaxt təmir-bərpa olunacağı ilə bağlı sorğumuza münasibət bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xudat şəhər xəstəxanasına qənim kəsilən KİMDİR? – FOTO 


"Qeyd edilən tibb müəssisəsi ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB-ə) müraciət olunmalıdır. Müraciət (şikayət) daxil olduğu təqdirdə TƏBİB-in nümayəndələri məntəqəyə baxış keçirirlər.

Müəssisənin yenidən inşası məqsədəuyğun hesab edilirsə, TƏBİB Səhiyyə Nazirliyinə tikintinin həyata keçirilməsi ilə əlaqədar müraciət ünvanlayır. Bundan sonra müəssisə investisiya planına salınır və tikinti həyata keçirilir"-deyə Səhiyyə Nazirliyindən məlumat verilib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentindən isə sorğumuza cavab olaraq qeyd edilib ki, "Xaçmaz rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin tabeliyində fəaliyyət göstərən Xudat Ailə-Sağlamlıq Mərkəzi hazırda Xudat şəhərinin və 35 kəndin əhalisinə tibbi xidmət göstərir.
“Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərin effektivliyini artırmaq və müraciət etmiş vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək və yerində tibbi xidmət göstərilməsi məqsədilə Xudat ASM-də cari il ərzində əsaslı təmir-tikinti işlərinin görülməsi nəzərdə tutulub", - deyə TƏBİB-dən bildirilib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO