Gömrük müraciətlərinin cavablandırılması ELEKTRONLAŞDIRILIR

Gömrük müraciətlərinin cavablandırılması ELEKTRONLAŞDIRILIR

Hazırda oxunan: Gömrük müraciətlərinin cavablandırılması ELEKTRONLAŞDIRILIR

131392

Dövlət Gömrük Komitəsi vətəndaş müraciətlərinin cavablandırılmasını elektronlaşdırır.

Bizim.Media xəbər verir ki, bu məqsədlə Komitənin Bakı Baş Gömrük İdarəsində pilot variantda xarici ticarət iştirakçıları üçün xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz yaradılıb.

İdarənin rəis müavini Elmir Ramazanov bildirib ki, məqsəd vətəndaş müraciətlərinin cavablandırılmasında operativliyin artırılması, şəffaflığın, əlçatanlığın təmin olunması, xidmətlərin rəqəmsallaşdırılmasıdır:

"Xüsusi mərkəzdə bütün xidmətlər elektron növbə sistemi əsasında “Bir pəncərə” prinsipi ilə göstərilir. Vətəndaşlar bəyannamələrin doldurulması, müvafiq gömrük ödənişlərinin həyata keçirilməsi, rəsmiləşdirilmə prosesində yaranan çətinliklərin aradan qaldırılması, sənədlərin tərtib olunması, məlumatlandırma kimi xidmətlərdən faydalana biləcəklər".

Onun sözlərinə görə, xüsusi mərkəzdə digər dövlət qurumları - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı əməliyyatları da həyata keçirmək mümkündür:

"Rahatlığın və əlçatanlığın təmin olunması məqsədilə mərkəzdə kompüter və printer, ödəmə terminalları, məlumatlandırıcı lövhələr, elektron terminal, gömrük əməkdaşları ilə operativ əlaqə saxlamaq üçün telefonlar quraşdırılıb. Tətbiq edilən yenilik gömrük rəsmiləşdirilməsi prosesinin çevik aparılmasına, xarici ticarət iştirakçılarının vaxta qənaət etməsinə, vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın artırılmasına şərait yaradacaq.
Eyni zamanda, vətəndaş müraciətlərinin və sorğularının vahid bazası formalaşacaq ki, bu da məlumatların emalının və təhlilinin aparılması, hədəflərin düzgün müəyyənləşdirilməsi, xidmətlərin səmərəliliyinin ölçülməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO