Gəncədə yanacaqdoldurma məntəqəsini yandırmaq istəyən şəxs saxlanıldı

Gəncədə yanacaqdoldurma məntəqəsini yandırmaq istəyən şəxs saxlanıldı

Hazırda oxunan: Gəncədə yanacaqdoldurma məntəqəsini yandırmaq istəyən şəxs saxlanıldı

13137

Gəncədə quldurluq hadisəsi törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nizami (Gəncə) Rayon Rolis İdarəsinə fevralın 22-də saat 5 radələrində Yeni Gəncə qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqəsinə gəlmiş maskalı şəxsin orada işləyən R.Ələkbərovu və H.Bağırovu bıçaqla hədələyib pul vermələrini tələb etməsi, lakin istədiyinə nail ola bilmədiyindən oranı yandırmağa cəhd göstərməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO