“Xocalı soyqırımı törədiləndə dünya susdu. Bu məlumat qıtlığı ilə bağlı idi. Ermənistan fəal təbliğat aparırdı, Azərbaycan isə durğun idi. Çünki o vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladırdı”
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri türk jurnalistinin soyqırımla bağlı sualına cavab verərkən dedi.
MÖVZU İLƏ BAĞLI:
“Dayanıqlı sülh üçün bundan artıq nailiyyətə imza atmamalıyıq” - İlham Əliyev
Ölkə başçısı bidirdi ki, dünya susdu və daim Ermənistana haqq qazandırırdılar.
Ermənistanda müxalifətçi həbs və qətlləri qınanmır deyən ölkə başçısı jurnalistin məcburi köçkünlərlə əlaqədar sualına da cavab verdi:
“Mən də özüm özümə eyni sualı verirəm. Çünki istəyirəm ki qısa müddətdə buna nail olaq. Kompleks tədbirlər görülməlidir.
Bununla yanaşı Zəngilanın 3 kəndində ağıllı kənd layihəsi icra olunacaq. Minə yaxın insan yerləşdiriləcək. Layihəni bu ilin sonuna qədər tamamlamalıdırlar.
O ki qaldı böyük şəhərlərə qayıdış, o şəhərlərin baş planı hazırlanmalıdır. Binalar tikilməlidir. Böyük zaman tələb edir.
Yarışacağımız tərəf müqabili zamandır. Tarix vermək istəməzdim. Halbuki ağlımda tarixlər var. Qısa vaxtda mərhələli şəkildə insanları Qarabağa qaytaracağıq”, - deyə ölkə başçısı suala cavabını tamamladı.
Bizim.Media