“Zəngilan logistika mərkəzi olacaq...” – Ölkə başçısı 

“Zəngilan logistika mərkəzi olacaq...” – Ölkə başçısı 

Hazırda oxunan: “Zəngilan logistika mərkəzi olacaq...” – Ölkə başçısı 

13132

Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında əcnəbi jurnalistlərin suallarını cavablandırır. 

Bizim.Media xəbər verir ki, “TASS” agentliyinin kommunikasiya ilə bağlı sualına cavab verən ölkə başçısı Füzuli aeraportunda işlərin başladığını deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan üçün daha böyük problemlər yarada bilərik” – PREZİDENT 


“Minalardan təmizləmə yekunlaşmaq üzrədir. Beynəlxalq hava limanı olacaq. Hava limanı hər növ təyyarə qəbul edə biləcək. Ümid edirik ki, bu il payızda hava limanını təhvil verək.”

Aeraporta paralel Şuşaya iki avtomobil yolunun çəkildiyini xatırladan Prezident İlham Əliyev həmin yolların Şuşadan hava limanına hərəkəti təmin edəcəyini önə çəkib.

Ölkə başçısı əlavə edib ki, hava limanı ancaq Füzuli ilə məhdudlaşmır. Belə ki, Zəngilan və Laçın rayonlarında da aeraport inşa olunacaq. 

Zəngilanın logistika mərkəzi olacağını vurğulayan ölkə rəhbəri sözügedən rayondan Naxçıvana çəkiləcək dəhlizdən (Mehri koridoru) də söz açıb.

Prezident İlham Əliyev jurnalistin vaksinlərlə bağlı sualına da cavab verib:  

“Vaksinlər nəzarətdə saxlanılır. Bizdə xəstəxanalarda boş yerlər çoxdur. Çünki modul tipli 10 xəstəxana da istifadəyə verilib. Cənubi Qafqazda peyvəndləşməyə başlayan ilk ölkəyik. Çin vaksinindən istifadə olunur. Başqa vaksinlər də nəzərdə tutulub.” 

Azərbaycanın lideri peyvəndlər üçün vəsaitin ayrıldığını deyərək sonda vurğulayıb ki, istehsalçılardan peyvənd gözləyirik. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO