“Ermənistan üçün daha böyük problemlər yarada bilərik” – PREZİDENT 

“Ermənistan üçün daha böyük problemlər yarada bilərik” – PREZİDENT 

Hazırda oxunan: “Ermənistan üçün daha böyük problemlər yarada bilərik” – PREZİDENT 

13125

“Ermənistan qarşısında seçim o qədər  də böyük deyil. İndi reallıq var və bunu biz yaratdıq. Bu reallıqla Ermənistan və başqa ölkələr razılaşmalıdır. İndi biz Ermənistan üçün daha böyük problemlər yarada bilərik”.

Bizim.Media xəbər verir ki, bunu ölkə başçısı İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Məqsədimiz odur ki, bu qanlı cinayət heç vaxt unudulmasın...” – İlham Əliyev 


Prezidentin sözlərinə görə hazırda Ermənistanda baş verən hadisələr onun daxili işidir. Orada gedən proseslərin günahkarı Ermənistanın əvvəlki və indiki rəhbərləridir:

“Onlar bu ölkəni faktiki uçuruma aprır və böhrana yuvarlayır. Daha çox müstəmləkəyə bənzədir. Onlar nə qədər çox torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər pis duruma düşürdülər.

Ermənistan silahlı qüvvələrini nə zaman torpaqlarımızdan çəksəydi, hər bir münasibətə getmək olardı. İndi Ermənistanda tamamilə böhran hökm sürür.

Bu vəziyyətə şərh vermək istəmirəm. Xüsusilə indiki həssas durumda... Amma müharibənin nəticələri dəyişməz qalır. Noyabrın 10- da imzalanan bəyanat indi də icra ediləcək”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO