Dairəvi yoldakı ağır qəza ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

Dairəvi yoldakı ağır qəza ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

Hazırda oxunan: Dairəvi yoldakı ağır qəza ilə bağlı rəsmi AÇIQLAMA - FOTO

131171

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhər kənar dairəvi yolunda qeydə alınmış qəza ilə bağlı məlumat yayıb.

İdarədən Bizim.Media-ya bildirilib ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Qasımov Nəsir Habil oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı dairəvi yolunda yük maşını AŞDI


Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO