Ötən ay rayonda fəaliyyətə başlayan “Arıçılığın inkişaf mərkəzi”nin seminarlarına bir qrup Vətən müharibəsi qazisi və iştirakçısıda qatılıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyətindən məlumat verilib.
Bildirilib ki, Qəbələ “Arıçılığın inkişafı mərkəzi”nin təlim və seminarlarına qatılan Vətən müharibəsi qaziləri və iştirakçılarına Zarağan kəndində bal arısı ailələri paylanılıb.
Layihənin həyata keçirilməsində məqsəd müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsidir. Vətən müharibəsi qaziləri və iştirakçıları bu layihənin əhəmiyyətindən danışaraq arıçı kimi uğurla fəaliyyət göstərəcəklərindən əminliklərini ifadə edib.
Onlar dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 17.04.2023
Qəbələdə Vətən müharibəsi qazilərinə arı ailələri PAYLANILDI - FOTO
Hazırda oxunan: Qəbələdə Vətən müharibəsi qazilərinə arı ailələri PAYLANILDI - FOTO
Hazırda oxunan: Qəbələdə Vətən müharibəsi qazilərinə arı ailələri PAYLANILDI - FOTO
131165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.