Yuxarı Qarabağ kanalı daşdı - Ərazi su altında qalıb - FOTO/VİDEO

Yuxarı Qarabağ kanalı daşdı - Ərazi su altında qalıb - FOTO/VİDEO

Hazırda oxunan: Yuxarı Qarabağ kanalı daşdı - Ərazi su altında qalıb - FOTO/VİDEO

131096

Yuxarı Qarabağ kanalı bəndi yarıb. 

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə Bərdə rayon Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində baş verib.

Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Əraziyə xeyli sayda texnikalar cəlb olunub. Bənd bərkitmə işləri aparılır ki, daha böyük fəsadların qarşısı alınsın. 

Yuxarı Qarabağ Kanalı idarəsindən bildirilib ki, suyun daşması nəticəsində insan və mal - qara tələfatı olmayıb. Kanalın yarılmasına səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.
 

 











Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO