Şəhid Namiq Quliyevin ailə üzvləri qəzaya düşdü - FOTO

Şəhid Namiq Quliyevin ailə üzvləri qəzaya düşdü - FOTO

Hazırda oxunan: Şəhid Namiq Quliyevin ailə üzvləri qəzaya düşdü - FOTO

131030

Aprelin 16-na keçən gecə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, avtomagistralın Hacı Zeynalabdin Tağıyev istiqamətində “KamAZ” markalı avtomobillə “BMW” markalı minik avtomobili toqquşub. Nəticədə bir ailənin üç üzvü - Quliyev Natiq Akif oğlu, Quliyeva Təranə Hüseyn qızı, Quliyev Həsən Natiq oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın baş həkimi Rauf Sadıqovun verdiyi məlumata görə, kəllə-beyin travması alan T.Quliyevanın vəziyyəti ağırdır. Digər iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan şəxslər İkinci Qarabağ müharibəsi şəhidi Namiq Quliyevin ailə üzvləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO