​​​​​​​Kürdəmirdə 2 yük maşını toqquşdu - 3 yaralı var - FOTO

​​​​​​​Kürdəmirdə 2 yük maşını toqquşdu - 3 yaralı var - FOTO

Hazırda oxunan: ​​​​​​​Kürdəmirdə 2 yük maşını toqquşdu - 3 yaralı var - FOTO

131028

Kürdəmirdə ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, QAZel markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış DAF markalı yük maşınına çırpılıb.

Nəticədə QAZel-də olan sürücü və sərnişinlər olmaqla 3 nəfər ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Xəsarət alanların kimliyi bəlli olub. Bunlar Cəlilabad sakinləri - 34 yaşlı Abbasov Zabil Xanlar oğlu, 42 yaşlı Həsənov Rüstəm Zakir oğlu və Biləsuvar rayon sakini 32 yaşlı Əliyev Elçin Xudarəhim oğludur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO