Bakıda istilik borusunda sızma, su küçəyə axır - VİDEO 

Bakıda istilik borusunda sızma, su küçəyə axır - VİDEO 

Hazırda oxunan: Bakıda istilik borusunda sızma, su küçəyə axır - VİDEO 

130963

Bakı şəhər Xətai rayonunda, “Elektrotok” deyilən ərazidə əhalini istiliklə təmin edən boru partlayıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. 

Onların iddialarına görə, borunun işıq naqillərinin üzərindən keçən hissəsində partlayış olub. Sözügedən ünvanda çəkilmiş videodan da görünür ki, su naqillərin arası ilə küçəyə axır, nəticədə təhlükəli vəziyyət yaradır. Artıq avtomobillərin hərəkət etdiyi küçədə su gölməçələri də yaranıb. 
Problemlə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar qurum hidravlik sınaq işlərinə başlayıb.

Boru yaxın saatlarda təmir olunacaq:

“Payız-qış mövsümü bu gün yekunlaşdı və istiliyin verilməsi başa çatdı. Dərhal təlimata uyğun olaraq, balansımızda olan bütün istilik xətlərində hidravlik sınaq işlərinə başlanılıb. Sınaq işləri hansısa problemi olan boruların aşkarlanması üçün aparılır.

Bu, boru partlayışı deyil, sızmadır. Sınaq bu gün axşam bitəcək və həmin borunun təmirinə başlanılacaq. Bildiririk ki, istiliyin verilməsi dayandırılıb, yaxın saatlarda borudakı axıntı da aradan qaldırılacaq”. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO