Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirildi - FOTO 

Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirildi - FOTO 

Hazırda oxunan: Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirildi - FOTO 

130954

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 

Bizim.Media  FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayonu Saleh Heydərov adına Dəmirçi kənd tam orta məktəbində və Şamaxı rayonu Yusif Məmmədəliyev qəsəbə tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Laçın rayon 37 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon Güləzi kənd tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib. 

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. 
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO