Qəbələdə benzin maşını körpüdən AŞDI

Qəbələdə benzin maşını körpüdən AŞDI

Hazırda oxunan: Qəbələdə benzin maşını körpüdən AŞDI

130921

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, idarəetmədən çıxan ağır tonnajlı benzin maşını keçdiyi körpüdən çaya aşıb.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Həmçinin təcili tibbi yardım bölməsinin həkimləri də qəza baş verən yerə gəlib.

Hadisə nəticəsində kənardan keçən nəqliyyat vasitələrinə zərər dəyməsə də sürücünün dünyasını dəyişdiyi bildirilir. 

Faktla bağlı araşdırmalar davam edir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO